Beynəlxalq koalisiya səhvən suriyalı əsgərlərə hücum edib

Suriya ordusu ilk dəfə olaraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən bombardman edilib.
1news.az-ın xəbərinə görə, bu barədə “Reuters” suriyalı hüquq müdafiəçilərinə istinadən məlumat yayıb.
Hadisə böyük hissəsi İŞİD-in nəzarətində olan Deyr əl-Zor əyalətində baş verib. İŞİD-i hədəf alan koalisiya qüvvələri yanlışlıqla Suriya ordusunun mövqelərinə aviazərbələr endirib.
Nəticədə 4 Suriya əsgəri ölüb, 13-ü yaralanıb. Suriya hökumətinə yaxın mənbə hadisəni təsdiqləyib və aviazərbələr nəticəsində insanların öldüyünü və nəqliyyat vasitələrinin sıradan çıxarıldığını deyib.
Qeyd edək ki, Deyr əl-Zor İŞİD-in faktiki paytaxtı Rakka şəhəri ilə terrorçu qruplaşmanın İraqda nəzarət etdiyi ərazini birləşdirir.
1news.az