Tacikistanda zəlzələnin fəsadlarının aradan qaldırılması üçün hökumət komissiyası yaradılıb | 1news.az | Xəbərlər
Dünya

Tacikistanda zəlzələnin fəsadlarının aradan qaldırılması üçün hökumət komissiyası yaradılıb

09:41 - 08 / 12 / 2015
Tacikistanda zəlzələnin fəsadlarının aradan qaldırılması üçün hökumət komissiyası yaradılıb

Tacikistanın Dağlıq Bədəxşan muxtar vilayətində baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün hökumət komissiyası yaradılıb.

1news.az-ın xəbərinə görə, bu barədə Tacikistan prezidentininmətbuat xidməti məlumat yayıb. Komissiyanın sədri Tacikistanın baş naziri Azim İbroxim təyin edilib.

“Komissiyanın tərkibinə Nəqliyyat, Səhiyyə, Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Fövqəladə Hallar və Mülki Müdafiə komitələrinin, Dövlət Ehtiyatları üzrə Agentliyin və digər idarələrin birinci şəxsləri daxildir”, - deyə informasiyada bildirilir.

Ölkə prezidenti Emomali Raxmon hökumət komissiyası üzvlərinəzəlzələdən zərər çəkmiş əhalini tez bir zamanda yaşayış yeri, isti geyim və isti yeməklə təmin etmək tapşırığı verib.

Xatırladaq ki, ötən gün Tacikistanda 3 zəlzələ baş verib. Episentr Düşənbə şəhərindən 357 km cənub-şərqdə yerləşib. Son məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, onlarla insan xəsarət alıb, 500-dən çox ev dağılıb. 

1news.az

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər