Roma Papası Tereza ananın müqəddəsləşməsinə maneəni aradan götürüb | 1news.az | Xəbərlər
Dünya

Roma Papası Tereza ananın müqəddəsləşməsinə maneəni aradan götürüb

11:25 - 18 / 12 / 2015
Roma Papası Tereza ananın müqəddəsləşməsinə maneəni aradan götürüb

Roma Papası Frantsisk tanınmış katolik rahibəsi, müqəddəs ana Kəlküttəli Terezanın möcüzələrini qəbul edib.

1news.az TACC-a istinadən xəbər verir ki, Papa bu qərarı özünün anadan olmasının 79 -cu ildönümüdə qəbul edib. Bununla 2003-cü ildən Kəlküttəli Terezanın müqəddəsləşməsinə maneə olan Roma katolik kilsəsinin qərarı aradan götürülüb.

Xəbərə əsasən, bir neçə gün öncə Vatikanın Müqəddəsləşmə üzrə Məclisi yekdiliklə beynində şiş olan 35 yaşlı braziliyalı qadının  Tereza ananın duaları ilə sağalmasını möcüzə sayıb. Həkimlər həmin xanıma bu xəstəliyinin müalicə olunmadığını bildiribmiş.

"Əzab çəkən insana yardım etdiyi üçün" 1979-cu ildə Nobel Sülh Mükafatına layiq görülmüş Tereza ananın müqəddəsləşməsi 2016-cı il sentyabrın 4-də, vəfatının 19-cu ili günü elan ediləcək.

Qeyd edək ki, Tereza ana (əsl adı Aneza Qonca Boyaciu) 1910-cu il avqustun 26-da Makedoniya Skopye şəhərində alban ailəsində anadan olub. Uşaqlıqdan rahibə olmağı arzulayan Tereza 18 yaşında İrlandiyaya gedərək, "İrland Loreto bacıları" Rahibə Ordeninə qoşulub. Qonca 1927-ci ildə müqəddəs elan edilmiş Lizadan olan rahibə Terezanın şərəfinə 1931-ci ildə adını dəyişib.

Orden onu Hindistana göndərib və o, 1948-ci ildə Kəlküttədə "Məhəbbət xeyriyyəçiləri bacılar" Rahibə Cəmiyyətini qurub. Hazırda bu qurumun 120 ölkədə 400 bölməsi və 700 xeyriyyəçi evi fəaliyyət göstərir.

Tereza ana 1997-ci ildə Kəlküttədə vəfat edib. 2003-cü ilin oktyabrında Roma-katolik kilsəsi onu mömin elan etmişdi. 

1news.az

Paylaş:
797

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər