Sərnişinin həyəcanına görə təyyarə uçuş zolağından geri döndü | 1news.az | Xəbərlər
Dünya

Sərnişinin həyəcanına görə təyyarə uçuş zolağından geri döndü

17:35 - 23 / 12 / 2015
Sərnişinin həyəcanına görə təyyarə uçuş zolağından geri döndü

Moskvanın Vnukova limanindan havaya qalxan təyyarə sərnişinin isterikasına görə uçuş zolağından geri qaytarıldı.

Hava limanından verilən məlumata görə sərnişinlərdən birinin ucmaqdan imtina etməsi təyyarənin geri dönməyinə səbəb olub.

“Yuteyr” aviaşirkətinin Ufa şəhərinə olan reysi qeyri-müəyyən müddətə təxirə salınıb.

Belə ki, təyyarədə olan sərnişin sürətin artırdığı an qəflətən ucuşun dayandırılmasını tələb edib.

Hazırda aviatəhlükəsizlik xidmətinin işçiləri yaranan vəziyyətlə əlaqədar sərnişinlərin və yüklərin əlavə yoxlanılması məsələsini həll edir.

Lifenews

Paylaş:
947

Son xəbərlər

Bütün xəbərlər