Dağıstan prezidenti:“ 600-dən çox dağıstanlı İŞİD-ə qoşulmaq üçün ölkəni tərk edib” | 1news.az | Xəbərlər
Dünya

Dağıstan prezidenti:“ 600-dən çox dağıstanlı İŞİD-ə qoşulmaq üçün ölkəni tərk edib”

11:17 - 24 / 12 / 2015
Dağıstan prezidenti:“ 600-dən  çox dağıstanlı İŞİD-ə qoşulmaq üçün ölkəni  tərk edib”

İŞİD ralarında yüşk üçün 643 Dağıstan sakini respublikanı rk edib.

1news.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə respublika başçısı Ramazan Abdulatipov “Vedomosti” qəzetinə müsahibəsində deyib.

R. Abdulatipov qeyd edib ki, insanların İŞİD-ə qoşulması hazırda Dağıstanın başlıca problemi olaraq qalır: “Hər rayonda antiterror komissiyası fəaliyyət göstərir. Məscidlərdə, bütün inzibati mərkəzlərdə silahlı qruplarla əlaqəli olmaqda şübhəli bilinən insanlarla bu barədə söhbətlər  aparılır”.

Dağıstan prezidenti, həmçinin bildirib ki, Milli Antiterror Komitəsinin iclasında terrorçuların sırasında döyüşməyə gedənlərin pasportdan məhrum edilməsi ilə bağlı təklif verib.

“Biz bu insanlarla mübarizə aparmaq üçün köklü dəyişikliklər etməliyik”, - deyə respublika başçısı əlavə edib.

Paylaş:
1250

Son xəbərlər

Bütün xəbərlər