Saakaşvili Ukraynada korrupsiya ilə mübarizə üçün “hər şeyi dəyişməyi və yeniləməyi” təklif edib- VİDEO | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili Ukraynada korrupsiya ilə mübarizə üçün “hər şeyi dəyişməyi və yeniləməyi” təklif edib- VİDEO

12:10 - 24 / 12 / 2015
Saakaşvili Ukraynada korrupsiya ilə mübarizə üçün “hər şeyi dəyişməyi və yeniləməyi” təklif edib- VİDEO

Adessa bölgəsinin qubernatoru, Gürcüstanın eks-prezidenti Mixael Saakaşvili Ukraynada baş alıb gedən korrupsiya hallarını tənqid edərək, yaxın zamanlarda ölkəni Avropanın ən varlı dövlətinə çevirməyə söz verib. Kiyevdə komandasının təşkil etdiyi Anti-korrupsiya Forumunda yüksək bəyanatlarla çıxış edib.

1news.az  TASS- a istinadən xəbər verir ki, forumdakı çıxışı zamanı Saakaşvili bildirib:“Ukraynada olduğum müddətdə bir nəfərə də rast gəlmədim ki, Yanukoviçin zamanın bu günə qədər ölkədə karrupsiyanın qarşısı alınıb desin. Əksinə, hər gün qoyulan qiymətlərin daha da artdığını eşidirəm. Kiçik və orta biznes nümayəndələri hazırkı ağır vəziyyətin nə Kuçma dövründə, və “narıncı inqilab” dövründə, nə də Yanukoviç zamanında olmadığını təsdiq edir”.

Qubernator “Ukraynanın təmizlənməsi uğrunda” adlı partiyadan kənar hərəkatın yaradılmasını təklif edib. “Biz bununla kifayətlənməyəcəyik, daha irəli, Xarkov, Lvov, Dneprə gedəcək, hər bir ukraynalının əlindən tutacaq və hamımız birlikdə irəli gedəcəyik. Məqsədimiz hər şeyi dəyişmək, hər şeyi yeniləmək, hər şeyi inkişaf etdirmək açmaq və birlikdə orəliləməkdir”- deyə Saakaşvili forum iştirakçılarına  müraciət edib.

Odessa qubernatorunun sözlərinə görə, o, Gürcüstanda apardığı islahat təcrübəsinə əsasən Ukraynada onların qəti tətbiqi planını hazırlayıb. Onun forum iştirakçılarına  təqdim etdiyi inkişaf proqramı “10 vacib təxirəsalınmaz  addımdan” ibarətdir.

Paylaş:
956

Son xəbərlər

Bütün xəbərlər