Ən yüksək beynəlxalq standartlara uyğun olan Müştəri Xidmətləri Azərbaycanda mövcuddur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ən yüksək beynəlxalq standartlara uyğun olan Müştəri Xidmətləri Azərbaycanda mövcuddur

17:57 - 25 / 12 / 2015
Ən yüksək beynəlxalq standartlara uyğun olan Müştəri Xidmətləri Azərbaycanda mövcuddur

Auditorlar Azercell-in Müştərilərlə Əlaqə Mərkəzini  keyfiyyət nişanının resertifikasiyası üçün təsdiq etdilər.

Fəaliyyəti dövründə dəfələrlə müxtəlif keyfiyyət sertifikatlarına layiq görülən, bir sıra standartlar üzrə ən yüksək göstəricilər əldə edən ölkənin lider mobil operatoru Azercell Telekom bu istiqamətdə növbəti pilləni adlamış oldu.  Müştəri Xidmətləri sahəsində Azərbaycanın ən nümunəvi şirkətlərindən biri olaraq Azercell EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanı üzrə resertifikasiya prosesindən uğurla keçib. Şirkətin fəaliyyəti xarici auditorlar tərəfindən yüksək qiymətləndirilib və Azercell-in resertifikasiya şərtlərinə tamamilə uyğun olduğu bir daha təsdiqlənib.

Qeyd edək ki, hələ 2011-ci ildə Azercell həm ölkəmizdə, həm də TeliaSonera Avrasiya şirkətləri arasında ilk dəfə olaraq xidmət sahəsində ən nüfuzlu keyfiyyət sertifikatı olan EN15838 nişanına layiq görülmüşdü. Həmin vaxtadək Azərbaycanda rəsmi dövlət orqanları və özəl şirkətlər arasında heç biri bu sertifikatı əldə etməmişdi. Sertifikat Azercell-in ən müasir standartlara uyğun işləyən Telefon Mərkəzinin işinə görə təqdim olunmuşdu. EN15838 keyfiyyət sertifikatı müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət verən Avropa standartıdır. Bu norma Azad Ticarət Avropa Assosiasiyası (EFTA -European Free Trade Associations) üzvləri tərəfindən qəbul edilib. Hazırda Avropanın 30 ölkəsində şirkətlərin əlaqə mərkəzləri EN 15838 sertifikatını əldə etmək üçün mövcud olan vahid standartlar əsasında çalışırlar. Azərbaycanda yalnız Azercell-in telefon mərkəzində bütün iş prosesi - zəngin qəbulundan tutmuş, müraciətin icrası və müştəridən gələn reaksiyaya kimi hər bir məqam beynəlxalq standartlara əsasən dəyərləndirilir. Əminliklə qeyd edilməlidir ki, hazırda Azercell bütün Azərbaycanda ümumavropa standartları ilə fəaliyyət göstərən ən peşəkar telefon mərkəzinə sahibdir. 

Onu da bildirək ki, EN15838 keyfiyyət sertifikatı müştəri məmnuniyyətini yüksəltmək, narazı abonentlərin sayını azaltmaq, telefon mərkəzləri əməkdaşlarının bacarıqlarını artırmağı nəzərdə tutan bir keyfiyyət standartıdır. Həmin sertifikata layiq görülən şirkətlər mütəmadi olaraq yoxlanılır. Bu baxımdan, Azercell  öz işini hər zaman yüksək səviyyədə saxlamaq üçün daim təkmilləşdirmə işləri aparır.

1news.az

Paylaş:
1274

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər