Yaponiya: tuneldə yanğın 80-dən çox qatar reysinin ləğvinə səbəb olunub
Yaponiyanın şimalında, Hokkaydo adasında tuneldə baş verən yanğın səbəbindən 81 qatar reysi ləğv olunub.
1news.az Rusiyanın RİA novosti agentliyinə istinadla xəbər verir ki, tuneldə tüstülənmə bazar günü səhərə yaxın müşahidə olunub. Hadisənin elektrik xəttində yaranmış qısa qapanma nəticəsində baş verdiyi ehtimal edilir.
Alovun söndürülməsi artıq yeddi saatdan çoxdur ki, davam edir. Hadisə nəticəsində xəsarət alan olmayıb.
577