Bankların kapitalının adekvatlıq əmsalı 10 faizə endirilib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda dəyişikliklər edib.
1news.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, dəyişikliyə əsasən, dekabrın 29-dan kapitalın adekvatlılıq əmsalının ölçüsü 12 faizdən 10 faizə azaldılıb.
Bankların birinci dərəcəli kapitalının adekvatlılıq əmsalı isə 6 faizdən 5 faizədək azaldılıb.
Bank məcmu kapitalın adekvatlıq əmsalını 10 faizdən və I dərəcəli kapitalın adekvatlıq əmsalını 5 faizdən az olmayan səviyyədə saxlamalıdır.
1047