Ukrayna şirkətləri Bakı metropoliteninin tikintisində iştirak edə bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ukrayna şirkətləri Bakı metropoliteninin tikintisində iştirak edə bilər

17:06 - 30 / 12 / 2015
Ukrayna şirkətləri Bakı metropoliteninin tikintisində iştirak edə bilər

Ukraynanın Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubko bildirib ki, ölkənin şirkətləri Bakı metropoliteninin əlavə xəttinin tikintisində iştirak etmək fikrindədir.

1news.az Ukrayna KİV-lərinə istinadən bildirir ki, G.Zubko Kiyevdə keçirilən brifinqdə deyib: “Ukrayna inşaatçıları özlərini çox yaxşı tanıdıblar. Onlar təkcə Aşqabadda deyil, həm də Bakıda metro tikintisində iştirak edə bilərlər”.

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər