Böyük İpək Yolu: Mədəni turizm iqtisadi inkişaf vasitəsi kimi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Böyük İpək Yolu: Mədəni turizm iqtisadi inkişaf vasitəsi kimi

13:59 - 05 / 01 / 2016
Böyük İpək Yolu: Mədəni turizm iqtisadi inkişaf vasitəsi kimi

Ümumdünya Turizm Təşkilatının yeni  hesabatında müasir dövrün maraqlı və məşhur turizm marşrutları öz əksini tapıb.

1news.az xəbər verir ki, BMT-nin Radio xidmətinin verdiyi məlumata görə, hesabatın bölmələrindən biri “İpək yolu”na həsr olunub. Ümumdünya Turizm Təşkilatı bununla həmin tanınmış marşrutlara  müxtəlif bölgələrin, o cümlədən, avropadakı insanların diqqətini çəkməyə çalışıb.

Layihədə Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Türkmənistan, Ukrayna və Özbəkistan iştirak edir.

ÜTT-nin ekspertlərinin qeyd etdiyi kimi turizm  dünya iqtisadiyyatının ən sürətlə iunkişaf edən sahəsidir. O, inkişaf etməkdə olan ölkələr qarşısında, o cümlədən, İpək yolu üzərində yerləşən ölkələr üçün yeni imkanlar açır.

Hesabatda qeyd olunur ki, bu ölkələrdə tarixi marşrut üzrə səyahət edən insanlar üçün  viza rejimi yüngülləşdirilib. Belə ki, Gürcüstan və Tacikistan sərhəddə viza təqdim edir, Rusiya isə 3 sutka ərzində turistlərə öz ərazisində qalmağa icazə verir.

1news.az

Paylaş:
1025

Son xəbərlər

Bütün xəbərlər