Ağ Ev Səudiyyə Ərəbistanını kütləvi edamlara görə qınayıb
Ağ Ev Səudiyyə Ərəbistanını kütləvi edamlara görə qınayıb və istənilən ölkədə bu cür edamların əleyhinədir.
1news.az-ın “РИА Новости”yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin nümayəndəsi Coş Ernest jurnalistlərə açıqlamasında bildirib.
“Kütləvi edam – hakimiyyətin göstəricisidir ki, bu dövlət bu ölkədə insan haqlarının qorunması üçün kifayət qədər səy göstərmir. Biz istənilən ölkəni kütləvi edam cəzalarına görə qınamağa hazırıq”, - Ernest bildirib.
Xatırladaq ki, bazar günü etirazçıların Tehran və Məşhəddə krallığın səfirliyinə hücumundan sonra Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrini kəsib. Etirazlar Səudiyyə Ərəbistanında 47 nəfərin, o cümlədən şiə alimi Nimra an-Nimranın edamı ilə əlaqədar olub. Uzun müddətdir ki, şiə İranı ilə sünni Ərəbistanı regionda rəqib idilər.
1news.az