Səhiyyə Nazirliyində qadağan olunmuş dərmanlar haqda yayılan məlumatlara aydınlıq gətirilib
Azərbaycan Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi xüsusi resept olmadan buraxılan 850 adda dərman aşkar edib.
Ümumilikdə, Türkiyə, Hindistan, Danimarka, Rusiya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belorusiya və digər ölkələrdə istehsal olunan 844 adda dərman preparatları dövriyyədən çıxarılıb.
“Ekspertiza mərkəzində müntəzəm olaraq dərmanlarla bağlı monitorinq keçirilir. Satış üçün xüsusi razılıq (lisenziya) olmayan dərman preparatları dövriyyədən çıxarılır”, - “Интерфакс-Азербайджан”-ın verdiyi xəbərə görə, bu haqda respublikanın əczaçılıq bazarının nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, bir sıra KİV-də yer alan dərmanların qadağası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Yalnız lisenziyası olmayan dərmanlar dövriyyədən çıxarılıb”,- həmsöhbət agentliyə bildirib.
Nazirlikdən bildirilib ki, dövriyyədən çıxarılan dərmanlar tam qadağan olunmayıb. Belə ki, həmin dərmanlar digər adlarla satışa çıxarıla bilər.
1news.az