Azərbaycanın regionda yeni savaşı - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın regionda yeni savaşı - VİDEO

00:18 - 07 / 01 / 2016
Azərbaycanın regionda yeni savaşı - VİDEO

Dünyanın enerji bazarında tələtum yaşandığı bir vaxtda Bakı mövqeyini qorumağa çalışır.

Bu gün dünyanın enerji bazarında bir təlatüm yaşanır. Bir tərəfdən neftin və qazın qiyməti aşağı düşür, digər bir tərəfdən isə meydana yeni oyunçular daxil olur.

Bu isə sözsüz ki, dövlətlərə hansısa formada təsir edəcək. Bəs Azərbaycana bu necə təsir edəcək?

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev “Nəzər Nöqtəsi”ndə qaranlıq qalan suallara aydınlıq gətirib.

- Neft dünyasında nəsə baş verir. Qiymətlər aşağı düşür, meydana yeni oyunçular daxil olur. Bu oyunçulardan biri də İrandır. Həyəcanlı bir xəbər də səslənir ki, İran Ermənistan vasitəsi ilə öz neft və qazını Gürcüstana verəcək. İran tərəfindən də təsdiqləndi ki, bu istiqamətdə Gürcüstanla danışıqlar gedir. Bu, Azərbaycanın Gürcüstandakı bazarına nə cür təsir edəcək?

– Sözsüz ki, İranın zəngin neft və qaz ölkəsi kimi dünya bazarına çıxacağı doğruian da bir həyacanverici xəbərdir. Bu sahəyə maraq göstərən və çalışan şirkətlər İrana məxsus neft və qazın dünya bazarına çıxışında həyacanlı anlar yaşayırlar. Özəliklə İranın regionda rolu məhz bizi də maraqlandırır və prosesləri ciddi bir şəkildə izləyirik. İran qonşu dövlət olmaqla bərabər regionda çox güclü iqtisadi dayaqlara malik olan bir dövlətdir. Məhz İran üzərindən sanksiyaların götürülməsi İranı bölgədə əhəmiyyətli rol almaq istəyini bir daha qabardacaqdır. O ki, qaldı İranın Ermənistan üzərində Gürcüstana qaz tədarük etmə planlarına bu, prinsip etibarı ilə mümükün variantlardan bir kimi baxılırdı. Bir məsələni aydınlaşdıraq ki, Gürcüstan bazarı İran üçün nə qədər önəmli ola bilər? Əgər belə bir anlaşma əldə olunsa belə, o, zaman iqtisadi əhəmiyyətində daha çox, siyasi maraqlar önəm daşıyır. 

- Sözsüz ki, burada siyasi maraqlardan söhbət gedir. Belə olan halda Gürcüstan bazarında Azərbaycanın durumu necə olar? 

– Gürcüstan ən yaxın qonşulardan biri olmaqla yanaşı, eyni zamanda strateji mütəffiq səviyəsində iş birliyi qurduğumuz dövlətlərdən biridir.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:

Аnspress.com

Paylaş:
1053

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər