SOCAR “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza haqqında yeni açıqlama verib
SOCAR dekabrın 4-də “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza ilə bağlı yeni məlumat yayıb.
1news.az xəbər verir ki, dekabrın 4-də “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb.
Eyni zamanda həmin gün Neft Daşlarında baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər işçisi itkin düşüb.
“Günəşli” yatağından təxliyyə edilmiş işçilərə lazımi tibbi yardım göstərilərək bir nəfər isə Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.
1news.az