Numan Kurtuluş: “Bundestaqın qərarı Türkiyə üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir”
“Bundestaqın qərarı Türkiyə üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir”.
1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş nazirinin müavini Numan Kurtuluş bildirib.
O, qeyd edib ki, bu məsələni nə siyasətçilər, nə də parlamentarilər deyil, alim və tarixçilər araşdırmalıdır:
“Əlbəttə ki, Ankara bütün platformalarda Bundestaqın qərarını cavablandıracaq”.
Xatırladaq ki, bu gün Bundestaq böyük səsçoxluğu ilə 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri “ermənilərin soyqırımı” kimi tanıdan qətnaməni təsdiq edib.
Bundestaqın qəbul etdiyi qərardan sonra Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu vətəninə geri çağırıb.
Mövzu ilə əlaqədar oxuyun:
Türkiyə Almaniyadakı səfirini geri çağırdı
1news.az