Azərbaycan XİN Kabildəki hücumu pisləyib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Kabildəki hücumu pisləyib

16:21 - 31 / 05 / 2017
Azərbaycan XİN Kabildəki hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş hücumu pisləyib.

1news.az xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində qeyd edilib.

“Biz Kabildə törədilmiş dəhşətli hücumu qınayırıq. Həlak olanların ailəsinə dərin hüznlə başsağlığı veririk, yaralananların isə tezliklə sağalmasını arzu edirik". 

Qeyd edək ki, bu gün Kabildə baş vermiş partlayış nəticəsində 90-dan çox insan həlak olub, 350 nəfər isə yaralanıb. Hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Pərvanə Sultanova

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər