SOCAR bu il ixrac etdiyi xam neftin həcmini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR bu il ixrac etdiyi xam neftin həcmini açıqlayıb

21:18 - 02 / 10 / 2017
SOCAR bu il ixrac etdiyi xam neftin həcmini açıqlayıb

SOCAR bu il 3 limandan ixrac etdiyi xam neftin həcmini açıqlayıb.

1news.az-a SOCAR-dan verilən xəbərə görə, şirkət bu ilin sentyabr ayında Novorossiysk limanından 169 min 675 ton, Supsa limanından 172 min 138 ton, Ceyhan limanından 1 milyon 352 min 984 ton xam neft ixrac edib.

Ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 157 min 704 ton, Supsa limanından 1 milyon 751 min 811 ton, Ceyhan limanından 12 milyon 753 min 536 ton xam neft ixrac edilib.

S.Xankişiyeva

 

Paylaş:
773

Son xəbərlər

Bütün xəbərlər