Hikmət Hacıyev: Ermənistan XİN destruktiv mövqe nümayiş etdirməkdə davam edir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistan XİN destruktiv mövqe nümayiş etdirməkdə davam edir

09:27 - 17 / 05 / 2018
Hikmət Hacıyev: Ermənistan XİN destruktiv mövqe nümayiş etdirməkdə davam edir

Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə, münaqişənin həllində irəliləyişə nail olmaq olar.

1news.az xəbər verir ki, bunu Ermənistan XİN-nin açıqlamasına cavab olaraq Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

O deyib: "Amma deyəsən Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlamağa çalışır?! Paris görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı və Azərbaycan xarici işlər nazirinin açıqlamasının fonunda Ermənistan XİN-nin destruktiv mövqe nümayiş etdirməkdə davam edir. Əgər yeni xarici işlər nazirinin təlimatı ilə Sargisyan rejiminin ünsürü olan mətbuat katibi belə sərsəm açıqlamanı verirsə, onda əminliklə deyə bilərik ki, Ermənistanı eyni aqibət gözləyir.

Azərbaycan münaqişənin həlli prosesini irəli aparmaq üçün intensiv danışıqların tərəfdarıdır. Hər hansı qeyri-real yeni elementlərin daxil edilməsi cəhdləri bütün danışıqlar prosesini iflic edə bilər. Çox tezliklə Ermənistanın hansı yol tutduğunu görəcəyik.

Amma hər kəs bilməlidir ki, Azərbaycanın səbrinin həddi vardır".

P.Sultanova

Paylaş:
323

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər