Dünya

Bağdadda partlayış törədilib - Onlarla ölü və yaralı var

15:59 - 21 / 01 / 2021
Bağdadda partlayış törədilib - Onlarla ölü və yaralı var

İraqın paytaxtı Bağdadda partlayış törədilib.

1news.az xəbər verir ki, şəhərin mərkəzi hissəsində baş vermiş hadisə nəticəsində azı 28 nəfər həlak olub, 70-dən çox şəxs yaralanıb.

İlkin məlumatlara əsasən, partlayış intiharçı terrorçu tərəfindən törədilib.

İraq hökumətinə bağlı Bağdad Əməliyyatlar Komandanlığı tərəfindən yayılan yazılı açıqlamada Tayaran Meydanında intihar məqsədli partlayış törədildiyi bildirilib.

Türkiyənin İraqdakı səfir Fatih Yılmaz isə CNN Türk-ə bildirib ki, terrorun İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal edilir.

Hələlik hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

1news.az

Son xəbərlər

Bütün xəbərlər

Next TV