AZANS “Maverick Awards 2021” beynəlxalq mükafatının münsiflər heyətinə seçildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZANS “Maverick Awards 2021” beynəlxalq mükafatının münsiflər heyətinə seçildi

S.Xankişiyeva17:36 - 31 / 08 / 2021
AZANS “Maverick Awards 2021” beynəlxalq mükafatının münsiflər heyətinə seçildi

“Azərbaycan Hava Yolları” QSC-nin nəzdində fəaliyyət göstərən "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) "Maverick Awards 2021" beynəlxalq mükafatının münsiflər heyətinə seçildi.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, CANSO beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatı tərəfindən təsis edilən bu mükafat aeronaviqasiya sahəsində əldə edildiyi uğurlara görə təqdim olunur.

"Maverick Awards 2021" beynəlxalq mükafatı CANSO aeronaviqasiya sahəsində mühüm nailiyyətlərə, uğurlara, innovasiyalara, habelə aeronaviqasiya və hava hərəkətinin təşkili (HHT) sahəsində dayanıqlı inkişafa görə təqdim edilir.

Belə ki, münsiflər tərəfindən kateqoriyalara görə verilən ballara əsasən, hər nominasiya üzrə təqdim olunan müsabiqə işləri ən yüksək qiymətləndirmədən aşağıya doğru sıralanır. Müsabiqənin sonunda münsiflər tərəfindən "Maverick Awards 2021" mükafatının qalibləri müəyyən edilir.

Bu mükafat, yeni parlaq fikirlər nümayiş etdirmək üçün, habelə ətraf mühitə müsbət töhfəni qəbul edən və bütün aviasiya və HHT sahəsinin təkmilləşdirilməsinə təkan verən özünəməxsus platformadır.

Mükafat üç nominasiya üzrə təqdim olunur:

• Əməkdaşlığa görə mükafat;

• İnnovasiyalara görə mükafat;

• Dayanıqlı inkişafa görə mükafat.

Nominasiyalar üzrə namizədlərin seçilməsi və münsiflik prosesi "Maverick Awards"ın Münsiflər heyəti tərəfindən açıq və şəffaf meyarlar əsasında həyata keçirilir.

Münsiflər heyətinə "Air Traffic Control Association" (ATCA) assosiasiyası və "Civil Air Navigation Services Organization" (CANSO) təşkilatının nümayəndələri qəbul edilir. Bunlar geniş təcrübəyə və biliklərə malik, aeronaviqasiya xidmətləri provayderləri sıralarından olan, aviasiya və elm sahələrinin tanınmış liderləridir

Qeyd edək ki, ATCA və CANSO müstəqil və qərəzsiz münsiflərdən ibarət komandanın təşkili üçün namizədlərin seçimi prosesinə diqqətlə yanaşır.

Paylaş:
500

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər