Azər Türk Bank kredit faizlərini bir daha endirdi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azər Türk Bank kredit faizlərini bir daha endirdi - FOTO

S.Xankişiyeva11:45 - 01 / 09 / 2021
Azər Türk Bank kredit faizlərini bir daha endirdi - FOTO

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanı yeni, daha sərfəli şərtlərlə davam etdirir.

Belə ki, kampaniya ərzində 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 14% olacaqdır.

Həmçinin, 13 aydan 24 ayadək olan istehlak kreditlərinin faiz dərəcəsi 15%-ə endirilmişdir.

Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiya nəzərdə tutulmamışdır.

Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Kampaniyanın müddəti 30 sentyabr 2021-ci il tarixinədəkdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

Ətraflı məlumatı https://atb.az/ saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
723

Son xəbərlər

Bütün xəbərlər