ABB-dən dəmiryolu işçilərinə özəl kredit | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABB-dən dəmiryolu işçilərinə özəl kredit

S.Xankişiyeva12:10 - 14 / 10 / 2021
ABB-dən dəmiryolu işçilərinə özəl kredit

ABB 13 Oktyabr - Dəmiryolu İşçilərinin Peşə Bayramı Günü münasibətilə yeni bir kampaniyaya start verib.

Bankın əməkhaqqı kartı sahibi olan dəmiryolu işçiləri 22 oktyabra qədər nağd pul kreditini indi ABB-dən cəmi 16%-lik illik faiz dərəcəsi ilə əldə edə bilər.

Kreditin şərtləri:

Məbləğ - 30 000 manatadək

Müddət - 60 ayadək

İllik faiz dərəcəsi - 16%-dən başlayaraq və maksimum 18%

Zaminsiz

Komissiyasız

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB mobil tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər. Kredit alan hər kəsə TamKart da hədiyyə edilir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər