Bakıda uşaqların salfetin içində narkotik satdığını deyən şəxs cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda uşaqların salfetin içində narkotik satdığını deyən şəxs cərimələnib

S.Xankişiyeva16:00 - 11 / 02 / 2022
Bakıda uşaqların salfetin içində narkotik satdığını deyən şəxs cərimələnib

Sosial şəbəkələrdə yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan Kamran Abumislimov cərimələnib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə K.Abumislimova cərimə cəzası tətbiq edilib və o, sərbəst buraxılıb.

Qeyd edək ki, sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü K.Abumislimov polis tərəfindən saxlanılıb.

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanan materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Mövzu ilə əlaqədar oxuyun:

Küçədə uşaqların satdığı salfetlərdə narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs saxlanıldı - VİDEO

DİN dilənçilərin küçədə narkotik satması barədə məlumatlara münasibət bildirib - FOTO

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər