NATO Ukraynaya daha çox dəstək göstərəcək - Stoltenberq | 1news.az | Xəbərlər
Dünya

NATO Ukraynaya daha çox dəstək göstərəcək - Stoltenberq

S.Xankişiyeva18:04 - 24 / 03 / 2022
NATO Ukraynaya daha çox dəstək göstərəcək - Stoltenberq

Bu gün NATO liderləri Ukraynaya daha çox dəstək vermək barədə qərar qəbul edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutan fövqəladə iclası ilə bağlı tviter səhifəsində yazıb:

“NATO liderləri təhlükəsizliyimiz üçün kritik bir zamanda görüşdülər. Biz daha uzun müddət üçün təmkinliyimizi saxlamağımızı və müdafiəni gücləndirməyə razılaşdıq. Həmçinin Ukraynaya əlavə dəstək vermək barədə qərar qəbul etdik”.

Qeyd edək ki, NATO-nun saytında bugünkü iclasın yekunlarına dair bəyanat yerləşdirilib.

Bəyanatda Rusiya-Ukrayna müharibəsinin Avro-Atlantik məkanda onilliklərdir davam edən təhlükəsizliyə təhdid olduğu bildirilib, müttəfiq ölkələrin Ukrayna xalqı və hökuməti ilə həmrəyliyi bir daha ifadə edilib. Qeyd olunub ki, Alians bunda sonra da Ukraynaya siyasi və praktiki dəstəyini davam etdirəcək.

Bildirilir ki, müttəfiqlər, həmçinin Ukraynaya kibertəhlükəsizlik və kimyəvi, bioloji, radioloji və nüvə xarakterli təhdidlərdən müdafiə kimi sahələrdə yardım göstərməyə davam edəcəklər. Bəyanatda vurğulanır ki, müttəfiqlər bundan sonra da humanitar yardım sahəsində Ukraynaya dəstək göstərəcəklər.

İclasda NATO-nun təhlükəsizlik planları ilə bağlı məsələlər də müzakirə olunub.

Mövzu ilə əlaqədar oxuyun:

NATO Baş katibinin səlahiyyət müddəti 1 il uzadılıb

Zelenskidən rus analarına müraciət: Oğullarınızı müharibədən xilas edin

Mariupolda 11 yaşlı gimnast həlak olub - FOTO

Ukraynada təhsili yarımçıq qalmış azərbaycanlı tələbələri nə gözləyir? – EKSPERT RƏYİ

Dünya fəlakətin astanasında: Bakı və Ankara üçüncü dünya müharibəsinin qarşısını almaq üçün səylərini əsirgəmir

Müharibə zamanı humanizm: Azərbaycanlı Kiyevdəki evsiz heyvanları xilas edir – FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO - VİDEO - YENİLƏNİB

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər