Zelenskidən rus analarına müraciət: Oğullarınızı müharibədən xilas edin | 1news.az | Xəbərlər
Dünya

Zelenskidən rus analarına müraciət: Oğullarınızı müharibədən xilas edin

S.Xankişiyeva11:56 - 24 / 03 / 2022
Zelenskidən rus analarına müraciət: Oğullarınızı müharibədən xilas edin

Zelenski rus analarına müraciət edərək oğullarını müharibədən xilas etməyə və Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında onlara həqiqəti söyləməyə çağırıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Telegram kanalında xalqa müraciətində qeyd olunub:

“Əminəm ki, rusların bəziləri televiziya kanallarında gördüklərindən beziblər. Təbliğatçıların maaşları sizin vergilərinizlə ödənilir. Siz daha da yoxsullaşırsınız. Hökumətinizin sizi hər ötən gün daha da yoxsullaşdırmaq, dünyadan təcrid etmək, müharibəyə ölməyə göndərmək üçün sizdən vergi alması axmaqlıq deyil? Sülh istəyən rus vətəndaşlar, oğullarınızı müharibədən xilas edin. Onlara müharibə haqqındakı həqiqətləri deyin”.

O vurğulayıb ki, Ukrayna heç vaxt Rusiya Federasiyasının təhlükəsizliyini təhdid etməyib.

“İndi də biz öz torpağımızda sülh olması üçün hər şey edirik. Sizin deyil - öz torpağımızda. Xalqımız üçün edirik. Biz bu müharibəni bitirmək üçün hər şeyi edirik. Biz uğur qazananda, mütləq olacaq, - siz ən azı bir şeyə əmin olacaqsınız: sizin övladlarınız daha bizim torpağımızda, bizim ərazimizdə ölməyə göndərilməyəcək”, - Zelenski vurğulayıb.

Mövzu ilə əlaqədar oxuyun:

Mariupolda 11 yaşlı gimnast həlak olub - FOTO

Ukraynada təhsili yarımçıq qalmış azərbaycanlı tələbələri nə gözləyir? – EKSPERT RƏYİ

Dünya fəlakətin astanasında: Bakı və Ankara üçüncü dünya müharibəsinin qarşısını almaq üçün səylərini əsirgəmir

Müharibə zamanı humanizm: Azərbaycanlı Kiyevdəki evsiz heyvanları xilas edir – FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO - VİDEO - YENİLƏNİB

Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər