20 Yanvar qırğınının təşkilatçılarından biri öldü | 1news.az | Xəbərlər
Dünya

20 Yanvar qırğınının təşkilatçılarından biri öldü

12:26 - 01 / 08 / 2022
20 Yanvar qırğınının təşkilatçılarından biri öldü

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sonuncu sədri general-leytenant Vadim Bakatin dünyasını dəyişib.

1news.az bildirir ki, o, 85 yaşında Moskvada vəfat edib.

Bu barədə "Rusiya qəzeti" məlumat yayıb.

Qeyd edək ki, o, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdə biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin dönəm daxili işlər naziri olan V.Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.

1news.az

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər