Bayden Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən yekun sənədi imzalayıb | 1news.az | Xəbərlər
Siyasət

Bayden Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən yekun sənədi imzalayıb

12:26 - 10 / 08 / 2022
Bayden Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən yekun sənədi imzalayıb

ABŞ Prezidenti Co Bayden ölkəsinin Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən yekun sənədini imzalayıb.

1news.az xəbər verir ki, bu barədə APA “Reuters“ə istinadən məlumat yayıb. Məlumata görə, Bayden ölkəsinin ratifikasiya sənədini imzalayaraq hər iki ölkənin alyansa üzvlüyünü alqışlayıb. Sənədin imzalanması ABŞ-ın sözügedən ölkələrin NATO-ya üzvlüyünün təsdiqlənməsi ilə bağlı sonuncu addımdır.

Bayden qeyd edib ki, sənədin imzalanması Alyans üçün dönüş nöqtəsidir və bu, sadəcə Avropa və ABŞ üçün deyil, bütün dünyada daha güclü sülh və sabitlik üçün önəmlidir.

Ötən həftə ABŞ Senatında keçirilən səsvermədə senatorlar 95 lehinə, 1 əleyhinə olmaqla Alyansın genişlənməsini dəstəkləyib. Senatdakı şiddətlli qütbləşməyə baxmayaraq, həm demokrat, həm də respublikaçı senatorlar hər iki skandinav ölkəsinin alyansa üzvlüyünü güclü şəkildə dəstəkləyiblər.

Qeyd edək ki, İsveç və Finlandiya bu il fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlara avab olaraq NATO-ya üzvlüklə bağlı müraciət ediblər.

Hər iki ölkənin NATO-ya qəbul edilməsi və 5-ci maddə ilə qorunması üçün əvvəlcə 30 üzv ölkənin hər birinin parlamentində üzvlük qərarı ratifikasiya edilməlidir.

Ratifikasiya prosesinin bir ilə qədər çəkə biləcəyi billdirilir. Artıq Kanada, Almaniya və İtaliya da qərarı təsdiqləyib.

1news.az

Paylaş:
326

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər