İngiltərə kraliçası II Elizabetin uşaqlığından bəri hər gün yediyi yemək - Uzun ömür yaşamasının sirrləri | 1news.az | Xəbərlər
Dünya

İngiltərə kraliçası II Elizabetin uşaqlığından bəri hər gün yediyi yemək - Uzun ömür yaşamasının sirrləri

09:48 - 26 / 08 / 2022
İngiltərə kraliçası II Elizabetin uşaqlığından bəri hər gün yediyi yemək - Uzun ömür yaşamasının sirrləri

Keçən iyunda taxta çıxmasının 70-ci ildönümünü qeyd edən İngiltərə kraliçası II Elizabetin 96 yaşı var. Kraliçanın sağlamlığında müəyyən problemlər olsa da, səhhəti hələ də bir çox yaşıdlarından yaxşıdır. Buna görə də onun həyat tərzi və yediyi yeməklər bir çox insana maraqlı gəlir.

1news.az -ın "Hürriyet" saytına istinadən verdiyi məlumata görə, kraliçanın qida rasionunda bir yemək var ki, II Yelizaveta kiçik yaşlarından demək olar ki, onu yemədən bir gün keçirmir.

II Elizabetin atası Kral VI Corc pis vərdişlərinə görə 57 yaşında vəfat etsə də, anası 100 yaşında ölüb. Kraliça uzunömürlülük baxımından genetik cəhətdən şanslı olsa da, xüsusi qidalanma rasionu var və müntəzəm şəkildə müayinələrdən keçirilir və bu da onun uzunömürlülük sirlərindən biridir.

Bu barədə kraliçanın keçmiş şəxsi aşpazı danışıb

Kraliçanın keçmiş şəxsi aşpazı Makqreydin kraliçanın uşaqlıqdan bəri hər gün çörəklə mürəbbə yediyini söyləyib. Makqreydin “Youtube” kanalında yerləşdirdiyi videoda Kraliça II Elizabetin Balmoral qalası ərazisində yetişən çiyələklərdən hazırlanan mürəbbəyə üstünlük verdiyini əlavə edib.

Keçmiş baş aşpazın sözlərinə görə, kraliça mürəbbə ilə birinci dəfə uşaq bağçasında tanış olub və bundan sonra günorta çayının yanında mürəbbəli sendviç yemək əvəzolunmaz vərdişinə edib.

Makqreydinin sözlərinə görə, çörəyin üzərinə bir az kərə yağı, sonra isə mürəbbə çəkilir. Amma çörəklər Britaniya sikkəsi ölçüsündə kəsilərək kraliçaya verilir. Bəzən ona qaymaq da ​​əlavə edilir.

Həftədə 3-4 gecə çiyələk yemək

15 il kraliça üçün işləyən Makqreydi həmçinin kraliçanın təzə çiyələyi çox sevdiyini iddia edib. Onun sözlərinə görə, əgər mövsümdürsə, kraliça həftədə üç-dörd gecə Şotlandiyanın Balmoral qalasında yetişdirilən çiyələklərdən yeyir.

Ancaq mövsümündə

Keçmiş baş aşpazın videosunda qeyd etdiyi daha bir nüans da var. Kraliça meyvə və tərəvəzləri yalnız öz mövsümündə yeyir.

Az yemək

Makqreydi Britaniya kral ailəsinin, xüsusən də kraliçanın yemək vərdişləri haqqında kitab yazıb. Keçmiş baş aşpaz “Krallara məxsus yemək: Saray mətbəxindən reseptlər və xatirələr” kitabında bununla bağlı bəzi məsləhətlər verib. Kitabda yazdığına görə, kraliça gündə dörd dəfə yemək yeyir: səhər yeməyi, nahar, günorta çayı və şam yeməyi.

Kraliçanın səhər yeməyi çox sadədir. Səhər yeməyindən sonra çay içir və peçenye yeyir. Onun çayın yanında verilən sendviçlərlə bağlı da bir qaydası var. Sandviçin möhkəm kənarlarını kəsmək lazımdır. Kraliça naharı da yüngül yeyir; manqalda qızarmış balıq, “kabaçki “ və ya ispanaq. Bəzən də salat və manqalda toyuq yeyir. Axşam çayı mürəbbə ilə olur. Günorta çayında mürəbbəli sendviç yeyir. Bəzən üzərinə qaymaq da çəkir.

II Elizabet axşam yeməyində çox yüngül yeməklər yeyir. Bifşteqks onun sevimli yeməyidir. Bundan əlavə, axşamlar heç vaxt kartof, makaron, düyü kimi nişastalı qidalar yemir.

Həmçinin kraliça heç vaxt sarımsaq yemir. Ümumiyyətlə, sarımsağı ailə üzvlərindən heç kəs yemir. Səbəbi kraliçanın onun dadından və qoxusundan xoşu gəlməməyidir.

Pizza yemir

Kitabdakı başqa bir məlumata görə, kraliça II Elizabetin həyatında heç vaxt dadmadığı bir yemək var: pizza. Həmçinin, kraliça şokoladlı tort və tünd şokoladı çox sevir.

Ayşən İsmayılova

Paylaş:
5378

Sizin üçün xəbərlər

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər