Böyük Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

Böyük Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib

14:21 - 01 / 09 / 2022
Böyük Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət edib

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ferqüs Old Şəhidlər xiyabanını ziyarət edib.

1news.az xəbər verir ki, bu barədə diplomat öz tviter hesabında yazıb.

“Bu gün mən Şəhidlər xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm”, - paylaşımda deyilir.

Xatırladaq ki, Böyük Britaniyanın yeni səfiri avqustun 31-i Bakıya gəlib.

1news.az

Paylaş:
268

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər