Sevinc Fətəliyeva: “Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycan xalqına həsr edib” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycan xalqına həsr edib”

12:45 - 01 / 09 / 2022
Sevinc Fətəliyeva: “Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycan xalqına həsr edib”

“Ümummilli liderimiz Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycan xalqına həsr edib. Böyük dövlət xadiminin möhtəşəm xidmətləri dövlətimizin və xalqımızın inkişaf və tərəqqisində müstəsna rol oynayıb. Bu baxımdan, 1990-cı illərin əvvəlində Ulu Öndərimizin Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti də xüsusi vurğulanmalıdır”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılıb və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan edib.

1990-cı illərin əvəlində respublikamızda böhranın hökm sürdüyünü deyən millət vəkilinin sözlərinə görə, həmin dövrdə Naxçıvan Muxtar Respublikası işğalçı Ermənistan tərəfindən blokadaya alınmışdı. Bu da muxtar respublikanın əhalisinin sosial vəziyyətini olduqca çətinləşdirmiş, ictimai, sosial-iqtisadi həyatı acınacaqlı vəziyyətə salmışdı. Belə bir şəraitdə Naxçıvanın çoxminli əhalisinin təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Bu tarixi hadisə nəticəsində muxtar respublikanın taleyində əhəmiyyətli yeniliklər baş verdi. Belə ki, Ulu Öndərimizin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

Müharibənin davam etdiyi, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Sevinc Fətəliyeva qeyd edib ki, ağır blokada şəraitində olan Naxçıvanın çətinliklərdən xilas olması üçün Heydər Əliyevin zəngin siyasi və idarəçilik təcrübəsi mühüm rol oynadı. Belə ki, Ali Məclisin Sədri Heydər Əliyev tərəfindən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar quruldu. Bu əlaqələr muxtar respublikanın əhalisinin sosial vəziyyətinə çox müsbət təsir etdi. 1992-ci ildə Naxçıvanla Türkiyə arasında “Ümid” körpüsünün açılması Ulu Öndərimizin böyük səy və xidmətlərinin nəticəsidir. Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Eyni zamanda, bu tarixi hadisə Azərbaycanın müstəqillik yolunun əsasını qoydu.

1news.az

Paylaş:
332

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər