Rusiya banklarının bu ilin ilk 6 ayında nə qədər zərər etdiyi açıqlanıb
Rusiya bankları bu ilin birinci yarısında 1,5 trilyon rubl itirdiyini bildirib.
1news.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının sədr müavini Dmitri Tulin deyib.
Tulin həmçinin Rusiya banklarının 2019-cu ildə 1,7 trilyon rubl, 2020-ci ildə 1,6 trilyon rubl, 2021-ci ildə isə 2,4 trilyon rubl xalis mənfəət əldə etdiyini xatırladıb, xalis faiz gəlirlərinin 2021-ci ilə nisbətən 5 faiz azaldığını bildirib.
Tulinin sözlərinə görə, sistem əhəmiyyətli 13 bankın 60 faizi ilk 6 ayda mənfəət əldə edib. Ümumi bankların üçdə ikisi ilk 6 ayı mənfəətlə bağladı.
410