Əfqanıstanda məsciddə törədilən partlayışda 18 nəfər ölüb
Əfqanıstanın Herat şəhərində məsciddə törədilən partlayışda 18 nəfər ölüb.
1news.az-ın məlumatına görə, APA "TOLO News"a istinadən xəbər verir ki, partlayış Heratın Güzərgah məscidində baş verib.
Yerli rəsmilər bildirib ki, partlayış məscidin içərisində cümə namazı zamanı intiharçı hücumu nəticəsində baş verib.
"Associated Press"in məlumatına görə, Herat təcili yardım mərkəzinin rəsmisi Məhəmməd Daud Məhəmmədi təcili yardım maşınlarının 18 ölü və 21 yaralının şəhərdəki xəstəxanalara çatdırıldığını deyib. Rəsmilər ölü sayının arta biləcəyini bildiriblər.
Partlayışda son iyirmi ildə Əfqanıstanda Qərbin dəstəklədiyi hökumətləri tənqid etməsi ilə bütün ölkədə tanınan din xadimi Mujib-ul Rahman Ansari da həlak olub. Ansari Talibana yaxın din xadimi hesab olunurdu.
Onun ölümünü Talibanın baş sözçüsü Zabihullah Mücahid də təsdiqləyib.
1news.az