“Bütün dünya Azərbaycanı sülhsevər tərəf olaraq qəbul edir” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Bütün dünya Azərbaycanı sülhsevər tərəf olaraq qəbul edir” - Deputat

10:31 - 02 / 09 / 2022
“Bütün dünya Azərbaycanı sülhsevər tərəf olaraq qəbul edir” - Deputat

Bu gün dünyada baş verən qiymət artımı və infilyasiya prosesi ilə yanaşı olaraq postpandemiya dövrünün yeni çağırışları dünya arxitekturasının formalaşması, o cümlədən yaranmış reallıqların nizamlanmasında yeni problemləri ortaya qoyur. Həmçinin, bu problemlərdən savayı Rusiya ilə Ukrayna arasında davam edən gərgin münasibət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında əlavə imkanların nəzərdən keçirilməsini vacib edir.

31 avqust 2022-ci il tarixində Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüssel şəhərində baş tutan sayca 4-cü görüşü öz mahiyyəti ilə hər iki tərəf üçün faydalı oldu, bir daha Azərbaycana sülhə əsaslanmış mövqeyini açıq elan etmə imkanı verdi.

Bu görüş konkret olaraq əvvəlki görüşlərdə müzakirə olunmuş və əldə edilmiş razılıqların yerinə yetirilməsi nöqteyi baxımından, habelə qəbul olunmuş qərarların icrasının əlavə tədbirlərlə davam etdirilməsi, həmçinin bir sıra məsələlərə aydınlıq gətirilməsi üçün əhəmiyyətli idi.

Azərbaycan diplomatiyası və Prezident İlham Əliyevin uzaqgörən müdrük siyasəti bu dörd saatlıq üçtərəfli görüşdə də özünü uğurla göstərdi. Ermənistan tərəfinin, yəni Nikol Paşinyanın görüşün yekunlarına dair mətbuata səsləndirdiyi açıqlaması onu bildirməyə imkan verir ki, danışıqlar onlar üçün həddindən artıq gərgin keçib. Ermənistanın daha əvvəl üzərinə götürdüyü öhdəliklərin icrasını bilərəkdən ləngitməsi, eyni zamanda bu prosesin bu gün də müşahidə olunması keçiriləcək növbəti görüşlərdə qarşı tərəfin vəziyyətinin daha da mürəkkəb və acınacaqlı olacağına məntiqi işarədir.

Cənab Prezidentin danışıqlarda nümayiş etdirdiyi qətiyyətli mövqeyi Ermənistanın ölkəmizin beynəlxalq hüquqa söykənmiş sülh müqaviləsinə dair şərtlərini qəbul etməsi ilə nəticələndi. Belə ki, bir ay müddətində Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Bu, bir daha Azərbaycanın regionda real güc sahibi olduğunun bariz nümunəsidir.

Həyata keçirilmiş bütün görüşlər, əldə olunmuş birgə razılaşmalar 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatın bütün bəndlərinin tam icrasını da bir daha vacib edir.

Azərbaycan postmüharibə dövründə sülhün əldə olunmasının ali məqsəd olduğunu nəinki təmsil olunduğu beynəlxalq təşkilatlar, eyni zamanda dəfələrlə Avropa İttifaqının rəhbərliyi qarşısında da tam aydın, sualsız ortaya qoyaraq bu istiqamətdə çoxşaxəşli fəaliyyətini davam etdirməkdədir. Ermənistan tərəfi isə nə qədər bu prosesi uzatmağa çalışsa da daha çox özünə zərər verir.

Danışıqların yekununda son görüşdə əldə olunan razılaşmalar istiqamətində bəzi addımların atıldığını görməyi sevindirici hal kimi dəyərləndirən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel onu da qeyd edib ki: “Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir”.

Beləliklə, təşkil olunmuş hər bir görüşdə bütün dünya Azərbaycanı sülhsevər və ədalətə əsaslanan qərarın qəbul olunmasını daha çox istəyən tərəf olaraq qəbul edir.

Məzahir Əfəndiyev,

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
255

Son xəbərlər

31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08
Bütün xəbərlər