Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin İtaliyaya səfəri Azərbaycanın yaratdığı yeni reallıqların qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin İtaliyaya səfəri Azərbaycanın yaratdığı yeni reallıqların qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir

14:35 - 03 / 09 / 2022
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin İtaliyaya səfəri Azərbaycanın yaratdığı yeni reallıqların qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir

“Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, yeni prioritetlər üzrə inkişafı xüsusi yer tutur. Ölkəmiz həm region, həm də dünya dövlətləri ilə əlaqələrini xarici siyasətində dəyişməz qəbul etdiyi prinsiplər-bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında uğurla inkişaf etdirir.

Bu proses zamanı ədalət və beynəlxaq hüquq hər bir məsələnin həllində öndə saxlanılır. Bugünümüzün əsas müzakirə mövzularından olan Azərbaycan-İtaliya əlaqələrinin yüksələn xətlə inkişafında da tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan etimad mühitinin mövcudluğu öz sözünü deyir. Azərbaycan ilə İtaliyanın çoxəsrlik tarixə əsaslanan oxşar dövlətçilik ənənələri, maddi-mədəniyyət nümunələri, hər iki xalqın adət-ənənələrinə bağlılığı ölkələrimiz arasındakı münasibətləri vahid məqsəd naminə birləşdirir. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşlər, iki ölkə arasında 2020-ci ildə imzalanan “Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” fonunda əməkdaşlığın ayrı-ayrı sahələr üzrə inkişafına xüsusi diqqətin göstərilməsi, Azərbaycanın tarixi Zəfərindən sonra beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi barədə səsləndirilən fikirlər, hər iki dövlət tərəfindən təcrübə mübadiləsini genişləndirəcək təkliflərin irəli sürülməsi və atılan digər addımlar münasibətlərimizin yeni reallıqlara uyğun inkişafını müəyyənləşdirir. İkitərəfli gündəliyin genişləndirilməsinə yönələn addımlar sırasında təhsil sahəsində əməkdaşlığı xüsusi qeyd etməliyik. Fikrimcə, səfər çərçivəsində İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Sazişin imzalanması bunun bariz nümunəsidir.”

1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan müəllifi olduğu qlobal enerji layihələrini reallaşdırmaqla dünyada etibarlı tərəfdaşlıq formatı yaradıb: “Dövlət başçısı İlham Əliyev İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda plenar iclasında çıxışında ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasından, dövlətimizin enerji strategiyasının mərhələlərindən geniş bəhs edərək gerçəkləşdirilən layihələrlə dünyanın enerji xəritəsini dəyişdirdiyimizi xüsusu vurğuladı. Dövlət başçısının çıxışında çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatması, TANAP və TAP qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın enerji siyasətinin beynəlxalq aləmdə uğurları kimi önə çəkildi. Bu fikir bir daha diqqətə çatdırıldı ki, Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkədir və dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qısa zamanda Avropa bazarına, o cümlədən İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Neft ölkəsi kimi tanınan Azərbaycan qısa zamanda qaz ixracatçısı kimi də beynəlxalq arenada nüfuz qazandı.”

Ümumilikdə Forumu Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və mövqeyinin göstəricisi kimi dəyərləndirən Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin belə beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı ilə yanaşı, həmin platformalarda çıxışı Azərbaycan reallıqlarını, ölkəmizin hazırda dəyişən dünyanın siyasətinə verdiyi töhfələri beynəlxalq ictimaiyyətə çatdırmaq imkanları yaradır: “Bu, Azərbaycana, Prezident İlham Əliyevə olan inamın, göstərilən etimadın, həmçinin ölkəmizin liderinin artan beynəlxalq nüfuzunun, siyasi çəkisinin göstəricisidir. Hər zaman birlik, həmrəylik, baş verən hadisələrə münasibətdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yanaşmalar ortaya qoymağa çağırışlar edən Prezident İlham Əliyev Forumun panel iclasındakı çıxışında bir daha diqqəti hazırkı dövrdə qlobal problemlərin həllinə Azərbaycanın yanaşmasına yönəltdi. Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu gün dövlətlərarası münasibətlərdə, beynəlxalq təşkilatların fəaliyyətində beynəlxalq hüquq normalarının pozulduğunu bir daha vurğulayan dövlət başçısı torpaqlarımız işğal altında olarkən dünya ictimaiyyətinə fəal şəkildə müraciətimizdən bəhs etdi. Azərbaycan Prezidenti bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Hazırda bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasının şahidiyik. Bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri ümumilikdə Azərbaycanın tarixi Zəfərdən sonra regionda və dünyada yaratdığı yeni reallıqların qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir: “Postmünaqişə dövründə reallaşan bu kimi səfərlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərək qalib ölkə kimi nüfuz qazanmasına dəstəyin aydın ifadəsidir. Həmçinin qalib ölkənin Prezidenti kimi bu səfərləri reallaşdıran dövlət başçısı İlham Əliyev beynəlxalq səviyyəli tədbirlərdə yeni reallıqların müəllifi, yaradıcısı kimi çıxış edir, Azərbaycanın xarici siyasətində dəyişməyən prinsipləri diqqətə çatdırır. Bu, Azərbaycanın böyük diplomatik uğurudur.”

“Dövlət başçısı İlham Əliyev, həmçinin səfər çərçivəsində keçirdiyi görüşlərdə, eyni zamanda, Forumdakı çıxışında işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensial imkanlardan bəhs etdi” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, enerji strategiyamızın hazırkı mərhələsi bərpa olunan enerji mənbələrinə sərmayələrin qoyulmasıdır: “Dövlət başçısı Forumdakı çıxışında bu rəqəmi də açıqladı ki, azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliyi və Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq Azərbaycana investisiya yatırır. Onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə ixrac potensialımızı gücləndirəcək. Bu gün artıq elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq.”

YAP Xətai rayon təşkilatının sədri İtaliya şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində iştirakından bəhs edərək bu mühüm addımı da postmünaqişə dövrünün reallıqlarının qəbulunun göstəricisi kimi qeyd edib.

“Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumdakı çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılandı. Forum çərçivəsində dövlət başçısı İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırdı. Bütövlükdə İtaliya görüşlərinin nəticələrini qiymətləndirməli olsaq əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin xarici ölkələrə hər bir səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Məhz bu səfərlər zamanı ikitərəfli əlaqələrin gündəliyinin tərkibinin daha da genişlənməsi üçün yeni imkanlar yaranır. Bu baxımdan Azərbaycan liderinin dost ölkəyə işgüzar səfərinin əsas məqsədini Azərbaycan-İtaliya qarşılıqlı əlaqələrini daha da genişləndirmək, yeni əməkdaşlıq imkanlarını birgə müəyyənləşdirmək kimi xarakterizə etmək olar”,- deyə Vüqar Rəhimzadə bildirib.

1news.az

Paylaş:
269

Son xəbərlər

Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:3831 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09
Bütün xəbərlər