Belarus Polşa ilə sərhəddə hərbi təlimlərə başlayıb | 1news.az | Xəbərlər
Dünya

Belarus Polşa ilə sərhəddə hərbi təlimlərə başlayıb

13:12 - 08 / 09 / 2022
Belarus Polşa ilə sərhəddə hərbi təlimlərə başlayıb

Belarus Polşa ilə sərhəddə yerləşən Brest şəhəri yaxınlığında, paytaxt Minsk və ölkənin şimal-şərqindəki Vitebsk rayonunda hərbi təlimlərə başlayıb.

1news.az-ın “Reuters“ə istinadən xəbərinə görə, məlumatı Belarus Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, hərbi təlimlərin sentyabrın 14-dək davam etməsi planlaşdırılıb.

Məlumata görə, təlimlərdə belaruslu hərbçilər “düşmən tərəfindən müvəqqəti ələ keçirilmiş ərazilərinin azad edilməsi” və sərhəd rayonlarında nəzarətin bərpa edilməsi tapşırıqlarını icra edəcəklər.

1news.az

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər