Prezident İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib

15:33 - 13 / 09 / 2022
Prezident İlham Əliyev Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

1news.az xəbər verir ki, müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.

1news.az

Həmçinin oxuyun:

Azərbaycan XİN-dən Ermənistanın təxribatı ilə bağlı BƏYANAT

MN: Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdır

Ceyhun Bayramovla ABŞ dövlət katibinin köməkçisi arasında telefon danışığı olub

Politoloq: “Yaxın saatlar ərzində Paşinyan Azərbaycan qarşısında diz çökməlidir”

“Ermənistan bu əməllərinə görə cəzalandırılacaq” - Deputatdan ŞƏRH

Cavid Osmanov: “Azərbaycanla hərhansı bir formada qarşıdurma yaratmaq Ermənistanın gücündə deyil”

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər