Paşinyanın vəzifədən azad etdiyi köməkçisi Baş prokuror seçildi - FOTOLAR | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın vəzifədən azad etdiyi köməkçisi Baş prokuror seçildi - FOTOLAR

14:45 - 15 / 09 / 2022
Paşinyanın vəzifədən azad etdiyi köməkçisi Baş prokuror seçildi - FOTOLAR

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyanın vəzifədən azad etdiyi köməkçisi Anna Vardapetyan bu gün Ermənistanın Baş prokuroru seçilib.

1news.az erməni mediasına istinadən xəbər verir ki, bu gün Vardapetyan parlamentdə and içib və rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları 36 yaşlı Anna Vardapetyanı bu ilin iyun ayında ölkənin yeni Baş prokuroru seçiblər.

Qeyd edək ki, 6 illik səlahiyyət müddətinin baş çatması səbəbilə Ermənistanın Baş prokuroru Artur Davtyan istefaya göndərilib.

Əlavə məlumat üçün bildirək ki, Anna Ermənistan tarixində Baş prokurorluğa rəhbərlik edən ilk qadındır.

Aynurə Xudaverdiyeva

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər