Braziliya mediası erməni təxribatı barədə yazıb | 1news.az | Xəbərlər
Dünya

Braziliya mediası erməni təxribatı barədə yazıb

16:21 - 15 / 09 / 2022
Braziliya mediası erməni təxribatı barədə yazıb

Braziliya mediasında 2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ilə Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində irimiqyaslı təxribatlar həyata keçirməsi ilə bağlı məlumat verilib.

1news.az xəbər verir ki, məlumatlarda qeyd edilir ki, Ermənistan Silahlı Qüvvələrinin diversiya qruplarının ərazinin dağlıq relyefindən və dərə boşluqlarından istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərdə və təchizat yollarında minalar basdırıblar. Bununla yanaşı, erməni silahlı bölmələrinin Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqelərini müxtəlif silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutduğu qeyd olunur. Azərbaycan Ordusunun hərbi qulluqçularının həlak olması və hərbi infrastruktura ziyan dəyməsi barədə də məlumat verilib.

Məlumatları aşağıdakı linkdən oxuya bilərsiniz:

https://www.portalr10.com/noticia/100750/azerbaijao-processo-de-paz-entre-armenia-e-azerbaijao-esta-em-jogo

https://braziliannews.com.br/2022/09/13/processo-de-paz-entre-armenia-e-azerbaijao-esta-em-jogo/

https://www.revistaliberatta.com/post/minist%C3%A9rio-das-rela%C3%A7%C3%B5es-exteriores-do-azerbaij%C3%A3o-emite-declara%C3%A7%C3%A3o-sobre-provoca%C3%A7%C3%A3o-da-arm%C3%AAnia

https://radardigitalbrasilia.com.br/internacional/embaixadas-e-diplomacia-declaracao-do-ministerio-das-relacoes-exteriores-do-azerbaijao/

https://www.revistaliberatta.com/post/minist%C3%A9rio-das-rela%C3%A7%C3%B5es-exteriores-do-azerbaij%C3%A3o-emite-declara%C3%A7%C3%A3o-sobre-provoca%C3%A7%C3%A3o-da-arm%C3%AAnia

1news.az

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər