“ABŞ Azərbaycan-Ermənistan arasında atəşkəsin əldə edilməsində rol oynamayıb” - Elman Nəsirov | 1news.az | Xəbərlər
Siyasət

“ABŞ Azərbaycan-Ermənistan arasında atəşkəsin əldə edilməsində rol oynamayıb” - Elman Nəsirov

13:48 - 19 / 09 / 2022
“ABŞ Azərbaycan-Ermənistan arasında atəşkəsin əldə edilməsində rol oynamayıb” - Elman Nəsirov

“Amerika Birləşmiş Ştatları Azərbaycan-Ermənistan arasında atəşkəsin əldə edilməsində rol oynamayıb”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib. Onun sözlərinə görə, bu məsələdə Rusiya daha çox səy göstərən tərəflərdən biri olub:

“Sentyabr ayının 12-14-də Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribat aqressorlar, yəni ermənilər üçün olduqca fəlakətli oldu. Erməni mətbuatının yazdığına görə, 500 nəfərə qədər itkilər veriblər. Bu rəqəm hətta daha da çox ola bilər. Əgər ermənilər bu hərbi avantüranı dayandırmasa idilər Ermənistanın üzləşdiyi fəlakətin miqyası daha da böyük ola bilərdi. Xüsusi olaraq qeyd edim ki, atəşkəsin əldə olunmasında Rusiya tərəfi daha fəal iştirak etdi. Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı apardı. Həmçinin Rusiyanın XİN naziri ilə Azərbaycan XİN nazirinin danışıqları və digər qurumların bu prosesə qatılması Rusiyanın atəşkəsin əldə olunmasındakı səyinin daha çox olduğunu göstərir. Rəsmi Moskva yaranan vəziyyətdən çıxış yolu tapmaq üçün bir sıra addımlar atdı".

"Amma son zamanlar KİV-də belə məlumatlar yayılıb ki, 2 günlük davam edən Ermənistan hərbi avantürasının dayandırılması prosesində və atəşkəsin əldə edilməsi prosesində ABŞ əsas rol oynayıb, lakin ortada bunun heç bir əlaməti yoxdur" - deyə, deputat əlavə edib:

"Ən yaxşı halda ABŞ dövlət katibi Entoni Blinkenin həm Azərbaycan Prezidenti, həm də Ermənistanın Baş nazirini ilə telefon danışıqları olub və bu da prosesə elə də təsir edə bilməyib. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nancy Pelosi erməni lobbisinin dəstəyi ilə Ermənistana getməsi və səsləndirdiyi fikirlər də ona dəlalət edir ki, Birləşmiş Ştatlar bu məsələrdə yardımçı mövqe rolunu oynamayıb”.

Aynurə Xudaverdiyeva

Paylaş:
311

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər