“Heç kim azərbaycanlıların öz dədə-baba yurdlarında yaşamalarına mane ola bilməz” - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Heç kim azərbaycanlıların öz dədə-baba yurdlarında yaşamalarına mane ola bilməz” - ŞƏRH

09:49 - 22 / 09 / 2022
“Heç kim azərbaycanlıların öz dədə-baba yurdlarında yaşamalarına mane ola bilməz” - ŞƏRH

“Heç kim azərbaycanlıların öz dədə-baba yurdlarında yaşamalarına mane ola bilməz”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

“Cənab Prezidentin Laçına səfər etməsi və Laçın rayonunun şəhərinin mərkəzində üçrəngli Azərbaycan bayrağının ucaldılması tarixi bir hadisədir. Bildiyimiz kimi, Laçın 44 günlük Vətən Müharibəsi bitdikdən sonra bir güllə atmadan Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində azad olunmuşdur. Ancaq məhz Laçın şəhərinin mərkəzindən Laçın yolu keçdiyi üçün biz şəhəri tam nəzarətə götürə bilməmişdik. Lakin alternativ yol avqust ayında tikilib təhvil verildikdən sonra isə avqustun 26-da biz Laçın rayonu və onun ətrafındakı kəndləri nəzarətə götürdük".

Deputat bildirib ki, Prezident İlham Əliyev Laçında maraqlı açıqlamalar verdi.

"Bu açıqlamalardan göründüyü kimi Azərbaycan Silahlı qüvvələrinin bütün sərhədboyu ərazilərdə yerləşməsinin tək və yeganə səbəbkarı Ermənistanın təcavüzkar və təxribaçı siyasətidir. Həmçinin Ermənistan tərəfinin irəli sürdüyü bir sıra əsassız arqumetlər var. Sovet İttifaqı dağlıdıqdan sonra Ermənistan əgər həmin əraziləri sərhəd hesab edirdisə, niyə həmin ərazilərdə sərhəd tikməyiblər? Aydın məsələdir ki, onlar Qarabağ və ətraf ərazilərə göz tikmişdilər. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, biz Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına qətiyyən icazə verməyəcəyik. Hazırda Azərbaycan bütün sərhədboyu mövqeyini qüvvətləndirir".

"Prezidentin də qeyd etdiyi kimi bütün XIX və XX əsrin xəritələrini incələyərək tarixə baxsaq görərik ki, bu ərazilər Azərbaycan torpağıdır" - deyə, N.Həmzəyev əlavə edib:

"Və bütün azərbaycanlıların haqqıdır ki, öz dədə-baba torpaqlarında yaşasınlar. Bu hüququ heç kim bizim əlimizdən ala bilməz. Bu halda Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ayağına düşmək və beynəlxalq qurumlara sülh müqaviləsini imzalamaq istədiklərini bildirmək və dondurulmuş Brüssel və Moskva görüşlərinin ən qısa zamanda davamını bərpa etmək və sülh üçün addımlar atmaqdır. Biz fəxr edirik ki, bizim Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevimiz var.

Deputat deyib ki, Prezident İlham Əliyev laçınlılar üçün də müjdəli xəbər verdi.

"Ən qısa zamanda laçınlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar, biz böyük qayıdışın davamının şahidi olacağıq. Laçına müxtəlif istiqamətlərdən avtomobil yollarının çəkilişi davam edir, eyni zamanda Laçında Beynəlxalq Hava Limanın inşası davam edir və Laçının bütün elektrik təminatları üzrə məsələləri öz həllini tapmaqdadır. Biz Qarabağ və Şərqi Zəngəzur mahalını cənnət məkana çeviririk. Heç kim bu prosesi dayandıra bilməz, heç kim azərbaycanlıların öz dədə-baba yurdlarında yaşamalarına mane ola bilməz”.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Daha sonra dövlət başçısı Laçın şəhərinin mərkəzi küçəsində ermənilərin törətdikləri dağıntılara baxıb, şəhərin ərazisini seyr edib.

Aynurə Xudaverdiyeva

Paylaş:
469

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər