Azərbaycan və Macarıstan XİN başçıları görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Macarıstan XİN başçıları görüşüb

10:33 - 23 / 09 / 2022
Azərbaycan və Macarıstan XİN başçıları görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət məsələləri üzrə naziri Peter Siyarto ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.

Görüş zamanı tərəflər Azərbaycanla Macarıstan arasında dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlığın gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

1news.az

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər