“Mirzoyanı heç kim saymır” - Erməni deputat
“Mirzoyan danışıqlar prosesindən kənarda qalıb, onu heç kim saymır”.
1news.az Ermənistan mətbuaına istinadən xəbər verir ki, bu sözləri erməni deputat Hayk Mamjanyan parlamentdə çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib ki, danışıqlar Azərbaycan XİN-lə Ermənistanın Təhlükəsizlik Şurası arasında aparılır:
“Mən etibarlı mənbələrdən məlumat almışam ki, bütün danışıq prosesləri Xarici İşlər Nazirliyinin deyil, Təhlükəsizlik Şurasının vasitəsilə aparılır”, - deyə Mamjanyan bildirib.
Aynurə Xudaverdiyeva
540