“Azərbaycanın addımını alqışlayırıq” - ABŞ rəsmisi
“Azərbaycanın 17 erməni hərbiçini qarşı tərəfə təhvil verməsini addımını alqışlayırıq”.
1news.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan öz rəsmi “Twitter” hesabında qeyd edib:
“Azərbaycanın 17 erməni hərbiçini qarşı tərəfə təhvil verməsini alqışlayırıq. Birləşmiş Ştatlar dayanıqlı sülh sazişinin əldə olunması üçün olan addımları hələ də dəstəkləyir”.
Qeyd edək ki, Azərbaycan oktyabrın 4-də Ermənistanın sentyabın 13-14-də yaratdığı son təxribatı nəticəsində əsir düşən 17 hərbiçini qarşı tərəfə təhvil verib.
Aynurə Xudaverdiyeva
343