ABŞ nümayəndəsi bu gün Gürcüstana rəsmi səfər edəcək | 1news.az | Xəbərlər
Dünya

ABŞ nümayəndəsi bu gün Gürcüstana rəsmi səfər edəcək

14:30 - 05 / 10 / 2022
ABŞ nümayəndəsi bu gün Gürcüstana rəsmi səfər edəcək

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibinin müşaviri bu gün Gürcüstana rəsmi səfər edəcək.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.

ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə səfiri Boni Cenkins oktyabrın 7-dək davam edəcək rəsmi səfər çərçivəsində Tbilisidə olacaq.

Cenkins ikitərəfli görüşlər keçirməklə yanaşı Mərkəzi Asiya və Qafqaz üzrə Biotəhlükəsizlik Assosiasiyasının konfransında iştirak edəcək və COVID-19 ilə bağlı çıxış edəcək.

Aynurə Xudaverdiyeva

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər