Sahibə Qafarova türkiyəli həmkarı ilə görüşdü | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova türkiyəli həmkarı ilə görüşdü

13:24 - 06 / 10 / 2022
Sahibə Qafarova türkiyəli həmkarı ilə görüşdü

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İndoneziyada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopla görüşüb.

1news.az xəbər verir ki, bu barədə TBMM sədri öz tviter hesabında yazıb.

“İndoneziyada qiymətli dostum Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdük. Görüşümüz zamanı biz qarşılıqlı olaraq köklü əlaqələrimizi təsdiqlədik və parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülə biləcək birgə işləri müzakirə etdik”., - deyə Şəntop yazıb.

Xatırladaq ki, İndoneziyanın paytaxtı Cakarta şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin parlament sədrlərinin 8-ci sammiti keçirilir.

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər