“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması böyük diplomatik qələbədir” - Cavid Osmanov | 1news.az | Xəbərlər
Siyasət

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması böyük diplomatik qələbədir” - Cavid Osmanov

14:58 - 07 / 10 / 2022
“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması böyük diplomatik qələbədir” - Cavid Osmanov

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması böyük diplomatik qələbədir”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib:

“Avropa İttifaqının Prezidenti Şarl Mişelin və Çexiyanın Baş nazirinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Praqada səfəri çərçivəsində eyni zamanda mühüm görüşlər keçirildi. Birincisi xüsusi olaraq qeyd etmək lazımdır ki, dördtərəfli Aİ Prezidenti, Fransa Prezidenti və Ermənistan arasında keçirilən görüş və həmin görüşün 2 hissədən ibarət olmaqla 5 saatdan çox davam etməsi burada vacib və gərkin müzakirələrin aparılmasının vacib göstəricisidir.

Xüsusi qeyd etmək lazımdır ki, burada Fransanın da iştirakı Ermənistana sanki əlavə güc-stimul verirdi. Biz yaxşı bilirik ki, Fransa ənənəvi ermənipərəst siyasətini, erməni tərəfdən çıxışını görürük. Ermənistana Fransa hər zaman açıq dəstəyini nümayiş etdirir. Belə olan halda Praqada keçirilən dördtərəfli görüşdə müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək əvvəldən mümkün idi. Paşinyan əlbəttə ki, Fransanın iştirak etdiyi görüşdə özünü çox qətiyyətli hiss edirdi. Dünən keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi və hər hansısa kənar müdaxilənin qarşısı qətiyyətlə alındı. Həmçinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması böyük diplomatik qələbədir”.

Aynurə Xudaverdiyeva

Paylaş:
541

Son xəbərlər

Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08
Bütün xəbərlər