Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının nümayəndələrinin gəlməsinə razılıq verdi | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının nümayəndələrinin gəlməsinə razılıq verdi

08:53 - 07 / 10 / 2022
Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının nümayəndələrinin gəlməsinə razılıq verdi

Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının (Aİ) mülki missiyasının göndərilməsinə razılıq verib.

1news.az Praqada keçirilən görüşün sonunda yayılan bəyanata istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak etdiyi bəyanatda Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib.

Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib.

Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.

Aynurə Xudaverdiyeva

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər