“Praqa görüşünün sülh prosesinin başlaması baxımından mühüm əhəmiyyət kəsb edən görüş olduğunu düşünürəm” – Politoloqdan ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Praqa görüşünün sülh prosesinin başlaması baxımından mühüm əhəmiyyət kəsb edən görüş olduğunu düşünürəm” – Politoloqdan ŞƏRH

14:30 - 07 / 10 / 2022
“Praqa görüşünün sülh prosesinin başlaması baxımından mühüm əhəmiyyət kəsb edən görüş olduğunu düşünürəm” – Politoloqdan ŞƏRH

“Şübhəsiz ki, bundan sonra önəmli məsələ sərhədlərin delimitasiyası prosesidir”.

Bu sözləri 1news.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

“Praqa görüşünün sülh prosesinin başlaması və intensivliyi baxımından mühüm əhəmiyyət kəsb edən görüş olduğunu düşünürəm. Təbii ki, bundan sonrakı proses ilk növbədə Ermənistanın öz öhdəliklərinə necə əməl edəcəyi ilə bağlıdır. Önəmli olan məqam yekun bəyanatda dövlətlərin bir-birinin ərazi bütövlüklərini qarşılıqlı şəkildə və BMT nizamnaməsinə uyğun olaraq tanımalarıdır. Bu da prinsip etibarilə Ermənistanın Azərbaycan mövcud şəraitləri və BMT-yə daxil olduğu zaman mövcud olan sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü tanıması, həmçinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin olduğu yaşayış məntəqələri üzərində də ölkəmizin suverenlik hüqunun bərpa olunmasıdır. Bu faktiki olaraq Ermənistanın hansısa bir Qarabağ məsələsi kontekstindən yenidən manipulyasiya etmək cəhdlərini müəyyənləşdirir. Yəni Azərbaycan ərazisində yaşayan etnik ermənilərlə bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu qəbul edir.

Şünhəsiz ki, bundan sonra önəmli məsələ sərhədlərin delimitasiyası prosesidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, bu həm də sərhədlərinin toxunulmazlığı anlamına gəlir. Bu o deməkdir ki, delimitasiya prosesinin daha sürətli və intensiv şəkildə həyata keçirilməsinə imkan yaradacaq.

Bütövlükdə Azərbaycanın öz maraqlarını müdafiə etməsi baxımından və Ermənistanın yenə də prosesə əlavə dəstəkçi cəlb edilməsinin iflasa uğraması baxımından da önəmli sayıla bilər”.

Ayşən İsmayılova

Paylaş:
507

Son xəbərlər

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52
Bütün xəbərlər