“Avroviziya 2023” bu şəhərdə keçiriləcək | 1news.az | Xəbərlər
Dünya

“Avroviziya 2023” bu şəhərdə keçiriləcək

10:41 - 08 / 10 / 2022
“Avroviziya 2023” bu şəhərdə keçiriləcək

“Avroviziya 2023” mahnı müsabiqəsi may ayında Liverpulda keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi saytında yazılıb. Bildirilir ki, müsabiqə 2023-cü ilin may ayında Liverpuldakı M&S Bank Arenadan canlı olaraq keçiriləcək.

Birinci yarımfinal 2023-cü il mayın 9-da, ikinci yarımfinal mayın 11-də, final isə mayın 13-də baş tutacaq.

Qeyd edək ki, “Avroviziya” 9-cu dəfədir Böyük Britaniyada keçiriləcək.

Xatırladaq ki, müsabiqənin keçirilməsi üçün Qlazqo və Liverpul şəhərləri arasında seçim ediləcəkdi.

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər